Dünyaca məşhur TikTok platformasının Azərbaycan seqmentinin fəaliyyətində problem yaranıb.
Manset.az xəbər verir ki, bu barədə digər plaformalarda istifadəçilər məlumat verib.
Qeyd olunub ki, təkcə sözügedən şəbəkə yox, Teleqram və Votsapın da fəaliyyətində ləngimələr mövcuddur.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. Nazirlikdən Manset.az-a bildirilib ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hansısa məhdudiyyət tətbiq olunmayıb.