Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü leytenant Ravil Mübariz oğlu Hümbətov da bu gün II Fəxri xiyabanda dəfn olunur.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, şəhid Ravil Hümbətov ailəli idi.
Onun geridə iki azyaşlı övladı qalıb.
Qeyd edək ki, şəhidimizə ikinci övladını cəmi üç gün görmək nəsib olub.