Baş Prokurorluq Yevlaxda məktəblinin polis tərəfindən döyülməsinə münasibət bildirib.
Manset.az xəbər verir ki, açıqlamada deyilir:
“Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb”
***
Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.
DİN Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan Manset.az-a verilən məlumata görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib:
"Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək".