Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

20:00 - 21 Sentyabr 2022

Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a bildiriblər ki, azərbaycanlı deputat burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.

Səfər sentyabrın 24-də başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az