Tovuzun kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib.
Bunu Manset.az-a "Azərişıq" ASC-dən bildiriblər.
Qeyd edək ki, sentyabrın 23-də günün ikinci yarısında Tovuzun bir sıra kəndlərində güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilib.
Hazırda Tovuz rayonunun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib.
***
Tovuzda güclü külək bir sıra fəsadlar törədib.
Manset.az APA-ya istinadən xəbər verir ki, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb.
Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.