Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.
Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
“Şübhəli şəxslər dindirilir".
***
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.