Bakıda 20 yaşlı qadının məktəb şagirdlərinə narkotik satması hadisəsinin TƏFƏRRÜATI - VİDEO

17:54 - 29 Sentyabr 2022

Bakıda 20 yaşlı qadının məktəb şagirdlərinə narkotik satması hadisəsinin TƏFƏRRÜATI - VİDEO

Konfet adı ilə narkotik maddə alan məktəblilər hadisənin təfərrüatını danışıb.

 

Manset.az xəbər verir ki, Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verən, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satan qadın bu gün həbs edilib.

Məktəblilər qadını hər gün səhər saatlarında gördüklərini bildiriblər.

Hadisə ilə bağlı məktəb rəhbərliyi danışmaqdan imtina edib.

Qeyd edək ki, məktəblilərə narkotik maddə satan qadının qeyri-rəsmi nikahdan iki yaşlı qızı da var. Görünür, 2 yaşında övladının valideynsiz böyüməsi qorxusu da onu bu işdən çəkindirə bilməyib.

Ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az