Oktyabrın ilk günü hava necə olacaq?

12:56 - 30 Sentyabr 2022

Oktyabrın ilk günü hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti oktyabrın 1-i üçün gözlənilən hava şəraitini açıqlayıb.

 

Manset.az xəbər verir ki, Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi  əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz  25-28°isti olacaq.

Bakıda gecə 19-21° isti, gündüz  25-27° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  65-75% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az