Astarada narkotik istifadə edən sürücülər saxlanıldı

11:12 - 09 Oktyabr 2022

Astarada narkotik istifadə edən sürücülər saxlanıldı

Astara şəhəri ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verən “Vaz 21070” markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və “Vaz 21011” markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələri saxlanılan zaman sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.

Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az