Nazirlikdən Buzovna çimərliyində aşkarlanan suiti cəsədi ilə bağlı AÇIQLAMA - FOTOLAR

15:47 - 18 Oktyabr 2022

Nazirlikdən Buzovna çimərliyində aşkarlanan suiti cəsədi ilə bağlı AÇIQLAMA - FOTOLAR

Xəzər dənizi sahilində suiti cəsədi tapılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Xəzərin Buzovna sahilinə düşən hissəsində tapılan heyvanın bədənində deşiklərin olması onun tora ilişərək yox, güllə yarasından ölməsi ehtimalını yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru Mehman Axundov bildirib ki, Buzovna sahillərində ölmüş suitinin müşahidə olunması ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər əsasında ərazidəki suiti cəsədinə vizual baxış keçirilib:

“Müşahidələr zamanı cəsədin üzərində qırmaq izlərinin olduğu müəyyən edilib. Suitinin təbii amildən deyil, brakonyerler tərəfindən öldürüldüyü məlum olub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az