Dövlət qulluğundan 1 bal ilə kəsilənlərə ŞAD XƏBƏR - VİDEO

22:40 - 24 Oktyabr 2022

Dövlət qulluğundan 1 bal ilə kəsilənlərə ŞAD XƏBƏR - VİDEO

Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu.

 

Manset.az xəbər verir ki, Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı.

Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib.

Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub.

Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər.

Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az