Vatsapa giriş bərpa olundu - YENİLƏNDİ

12:59 - 25 Oktyabr 2022

Vatsapa giriş bərpa olundu - YENİLƏNDİ

Vatsapdakı problem aradan qaldırılıb.

***

Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Manset.az-a bildirib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır.

***

Meta şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.

Manset.az xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesajlar göndərə bilmirlər.

Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi bloqunda məlumat yerləşdirməyib. 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az