Bakıda bıçaqlanaraq öldürülən 16 yaşlı qızla bağlı YENİ DETALLAR - 6-cı sinifdə oxuyanda... - VİDEO

11:56 - 25 Oktyabr 2022

Bakıda bıçaqlanaraq öldürülən 16 yaşlı qızla bağlı YENİ DETALLAR - 6-cı sinifdə oxuyanda... - VİDEO

Ötən həftə Abşeron rayonu Hökməli qəsəbə sakini Murad Həsənov 16 yaşlı nişanlısı Həsrət Rəcəbovanı xüsusi amasızlıqla öldürüb.

 

Manset.az xəbər verir ki, qətli törədən Murad qohumu həsrətlə 2 il əvvəl nişanlanıb. Bir müddət əvvəl isə  qız nişanı qaytardığına görə tərəflər arasında dəfələrlə münaqişə yaşanıb.

İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elşad Rüstəm bildirib ki, 16 yaşı tamam olmamış qız yaşadığı evdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Qeyd olunur ki, H. Rəcəbova 6-cı sinifdə təhsildən yayındırılıb və 14 yaşında nişanlanıb.

Prokurorun sözlərinə görə, azyaşlının məktəbdən yayınması ilə əlaqədar səhlənkarlığa yol vermiş vəzifəli şəxslər barədə tədbirlər görüləcək.

Ətraflı süjetdə:

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az