Bu gün meşə fondu torpaqlarında 5000 ağac əkildi - Fotolar

17:09 - 25 Oktyabr 2022

Bu gün meşə fondu torpaqlarında 5000 ağac əkildi - Fotolar

Ölkə ərazisini əhatə edən ağacəkmə tədbirləri bu gün Quba, Tovuz, Ağcabədi, Qəbələ, Şəki, Şabran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Gün ərzində ümumilikdə 15 hektar ərazidə 5000 ədəd ting əkilib, 1000 kiloqramdan artıq palıd toxumu səpilib. 

 

Manset.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin 45 hektar sahəsində 20 000 ədəd ting əkilib, 3000 kiloqram toxum səpilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az