Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıtdı

15:17 - 14 Avqust 2021

Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıtdı

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

AZAL-ın mətbuat xidmətindən Manşet.az-a verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az