“Şah” ləqəbi ilə tanındı, yeddi müharibə gördü: Azərbaycanlı fotoqraf xatirələrini bölüşdü- VİDEO

13:54 - 30 Oktyabr 2022

“Şah” ləqəbi ilə tanındı, yeddi müharibə gördü: Azərbaycanlı fotoqraf xatirələrini bölüşdü- VİDEO

Bugünədək yeddi müharibədə iştirak edən, ən qaynar nöqtələrdən nüfuzlu agentliklər üçün foto xəbərlər hazırlayan Gürcüstanın əməkdar jurnalisti Şahvələd Eyvazov öz xatirələri barədə danışıb.

 

Manset.az xəbər verir ki, “Real news media”ya danışan “Şah” ləqəbi ilə tanınan əməkdar jurnalist 1956-cı ildə Gürcüstanın Tiflis şəhərində anadan olub.

Fotoqrafiya ilə səkkizinci sinifdə oxuyarkən maraqlanmağa başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gürcüstanda nəşr olunan “Sovet Gürcüstanı” adlı azərbaycandilli qəzetdə fotoqraf kimi işə başlayıb.

1992-ci ildə isə “Associated press” beynəlxalq xəbər agentliyi ilə çalışmağa başlayıb. Eyni zamanda Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetində də çalışan Şahvələd Eyvazov yeganə azərbaycanlıdır ki, “Associated Press” agentliyində 24 il fəaliyyət göstərib.

O, Abxaziya, Osetiya, Qarabağ, Çeçenistan, Dnestryanı və Əfqanıstanda, həmçinin 20 Yanvar hadisələrində fotoqraf kimi fəaliyyət göstərib.

Bir çox azərbaycanlı tələbələri olan Şahvələd Eyvazov hal-hazırda Gürcütsan Beynəlxalq Universitetində Fotojurnalistika dərsi tədris edir.

Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az