Bir ildən artıq komada olan və ötən gün vəfat edən gizirimiz Mirzə Əhmədov dəfn olunub.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin giziri Mirzə Əhmədov bu gün doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılıb.
Vida mərasimində onun hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.