“WhatsApp” onlayn mesajlaşma platforması yeni funksiyanı təqdim etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, mesajlaşma proqramında, hər kəsin bildiyi kimi, mesajları silmək funksiyası var.
İndi ortaya çıxan yeni funksiya isə bu silinən mesajların geri qaytarıla bilməsini nəzərdə tutur.
Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində “Mesaj silindi” sözləri ilə bildiriş görünür.
Bu bildirişin yan tərəfində isə əməliyyatı geri qaytarmağa imkan verən “Geri al” düyməsini görə bilərsiniz. Bunun “Gmail”dəki geri qaytarma funksiyasına bənzədiyi qeyd edilir.
Yeni funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür.
Ancaq “Geri al” düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlara təsirli olub-olmayacağı hələki məlum deyil.