Bakıda marketdən 3714 manat dəyərində siqaret oğurlayan şəxs SAXLANILDI

12:32 - 14 Noyabr 2022

Bakıda marketdən 3714 manat dəyərində siqaret oğurlayan şəxs SAXLANILDI

Yasamalda marketdən 3714 manat dəyərində siqaret oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 3714 manat dəyərində tütün məmulatı və 150 manat pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az