Xaricdən gətirilən canavarları gömrükdən belə keçirdilər - VİDEO

15:10 - 14 Noyabr 2022

Xaricdən gətirilən canavarları gömrükdən belə keçirdilər - VİDEO

Sosial şəbəkələrdə və alqı-satqı saytlarında Bakıda canavar balası satışı ilə bağlı elan yerləşdirilib.

Elanın video versiyası da var. Həmin görüntülərdə də canavar balalarının satıldığı bildirilir.

Manset.az xəbər verir ki, apa tv həmin şəxslə əlaqə saxlayıb.

Özünü əvvəlcə Babək, daha sonra Vüsal kimi təqdim edən şəxs bildirib ki, hazırda Qazaxıstanda - Almaatı yaşayır.

Elə canavar balalarını da oradan gətirir. O ki, qaldı bu heyvanların sərhəddən necə keçirilməsi məsələsinə... Özündən öyrəndik ki, bu şəxs canavarları gömrükdən cins it adı ilə sənədləşdirib keçirirmiş.

Maraqlıdır, ümumiyyətlə, ölkəmizdə canavar satışı leqaldırmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, canavar balalarının satışı tamamilə qanunsuzdur və bunun üçün nəzərədə tutulmuş cəza mexanizmi var.

Daxili İşlər Nazirlyindən isə bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az