Prezident Administrasiyasında YENİ TƏYİNAT - FOTO

12:19 - 15 Noyabr 2022

Prezident Administrasiyasında YENİ TƏYİNAT - FOTO

“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib. 

 

Manset.az xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub. 

Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam etdirib. O, müxtəlif illərdə  Mərkəzi Bankda, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı vəzifələrdə çalışıb. 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. 

PA-da ona vəzifə verildi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az