Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verildi

18:58 - 15 Noyabr 2022

Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verildi

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə keçirdiyi hərrac nəticəsində Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib.

 

Manset.az xəbər verir ki, bu barədə ƏMDX məlumat yayıb.

Məlumata görə bunlar Balakəndəki “Təpəçöl” gil yatağının 1,6 hektar sahəsi, Goranboydakı “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi və Daşkəsəndəki “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az