DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı - YENİLƏNDİ

12:04 - 16 Noyabr 2022

DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı - YENİLƏNDİ

 

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

 

Manset.az bakupost.az-a istinadən xəbər verir ki, Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

***

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Manset.az "AZFRONT" Teleqram kanalına istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür", - deyə məluatda bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az