Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

11:03 - 27 Noyabr 2022

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az