Bəxtiyar Hacıyev buna görə saxlanılıb - Rəsmi(YENİLƏNDİ)

15:03 - 09 Dekabr 2022

Bəxtiyar Hacıyev buna görə saxlanılıb - Rəsmi(YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi İctimai fəal Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılmasına reaksiya verib.

DİN-in Mətbuat Xidmətindən Manset.az-a  bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

***

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az