Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB

15:42 - 09 Dekabr 2022

Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB

Bakı-Quba yolunun dekabr ayının 20-də istifadəyə veriləcəyi ilə bağlı xəbər vermişik. Bu barədə Bizim.Media-ya Qubadan olan millət vəkili Vahid Əhmədov məlumat verib. 

Amma bildiyiniz kimi, Bakı-Quba yolunun təmirindən bir neçə il əvvəl tikintisinə başlanan Bakdan Rusiya sərhəddinə qədər olanödənişli yolun da eyn vaxtda istifadəyə veriləcəyi haqda Avtomobil Yollar Dövlət Agentliyi vəd vermişdi. Bu barədə AYDA-nın mətbuat katibi Anar Nəcəfli şəxsən saytımıza açıqlama ilə çıxış etmişdi.

Manset.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, “pullu yol” adlandırılan həmin yol bu il istifadəyə verilməyəcək.

Səbəbi barədə isə müxtəlif fikirlər dolaşır. Birinci səbəb kimi terminalların quraşdırılıb işlək vəziyyətə gətirməyin mümkün olmadığı göstərilir. Digər səbəb kimi yol haqqının hansı meyarlarla dəyərləndirilməsi barədə yekun fikrin olmaması deyilir. 

Ödənişli yolun nə zman açılacağı ilə bağlı sualımıza da millət vəkili Vahid Əhmədovdan cavab istədik:

“Bakı-Quba yolu ilə paralel dəniz istiqamətində çəkilən yeni yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə millət vəkili məlumat verdi.

Amma 2023-cü ilin hansı ayı və günüdə açılacağı barədə səlis məlumat əldə edə bilmədik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az