DİN və DSX birgə əməliyyat keçirdi - VİDEO

17:06 - 10 Dekabr 2022

DİN və DSX birgə əməliyyat keçirdi - VİDEO

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az