Ata övladını yanğından xilas etmək üçün görün nə etdi - VİDEO

17:38 - 10 Dekabr 2022

Ata övladını yanğından xilas etmək üçün görün nə etdi - VİDEO

Ötən gün Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı xəsarət alanlar olub. Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.

Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.

Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az