Azərbaycanı antiterror əməliyyatına təhrik etməkdə məqsəd nədir? - VİDEO

17:58 - 10 Dekabr 2022

Azərbaycanı antiterror əməliyyatına təhrik etməkdə məqsəd nədir? - VİDEO

“Nəinki Fransa, heç bir Qərb dövləti Ermənistanın yerinə hər hansı formada hərbi əməliyyatlarda iştirak edən deyil. Sadəcə, diplomatik platformalar vasitəsilə Ermənistanın separatçı addımlarını dəstəkləyirlər”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Baku TV-nin “Baku Analitik” verilişində politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova qeyd edib ki, onların məqsədi beynəlxalq platformalarda Azərbaycan haqqında etnik təmizləmə siyasəti, ermənilərə qarşı təcavüz həyata keçirən dövlət imici formalaşdırmaqdan ibarətdir.

“Həmçinin sanksiyalar və başqa yollarla Azərbaycana qarşı təzyiq mexanizmləri yaratmaq istəyirlər. Məhz antiterror əməliyyatına təhrik etməkdə də məqsəd budur”, - deyə politoloq vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az