Yolka quraşdıran qız 6-cı mərtəbədən yıxılıb öldü - BAKIDA

09:52 - 11 Dekabr 2022

Yolka quraşdıran qız 6-cı mərtəbədən yıxılıb öldü - BAKIDA

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az