Gəncədəki hadisədə ölənlərin sayı artdı - FOTO

09:20 - 12 Dekabr 2022

Gəncədəki hadisədə ölənlərin sayı artdı - FOTO

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. 

Gəncədəki hadisədə ölənlərin sayı artdı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az