Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - YENİLƏNDİ (VİDEO)

11:42 - 12 Dekabr 2022

Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - YENİLƏNDİ (VİDEO)

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin avtomobilinə zərər yetirilib.

Manset.az Report-a istinadən xəbər verir ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda aksiya davam edir.

11:16

Azərbaycanın qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi fəalların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə keçirdiyi aksiyada rusiyalı hərbçilər zor tətbiq ediblər.

Manset.az xəbər verir ki, sülhməramlılar Laçın yolunu bağlayan ekofəalların işinə maneə yaradırlar.

Hərbçilər hadisələri işıqlandıran jurnalistlərin də peşə fəaliyyətinə mane olurlar.

Onlar “Report” İnformasiya Agentliyinə məxsus avtomobilin üzərinə gedərək ona zərbələr endiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az