İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

17:28 - 12 Dekabr 2022

İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

Bir neçə gündür bəzi media resurslarında istefa etməsi ilə bağlı xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

 

Manset.az-ın məlumatına görə, Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, ehtiramını ifadə edib. Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da iştirak edib.

 

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov Manset.az-a açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı. 

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az