Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 284 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 116, ikinci doza üzrə 49, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 103-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16-dır.
