“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildi

23:55 - 13 Dekabr 2022

“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildi

Çində ABŞ-nin əczaçılıq şirkəti “Pfizer” tərəfindən həb şəklində istehsal olunan COVID-19 dərmanının reseptlə onlayn satışına icazə verilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib.

Onlayn bir klinika “Pfizer”in COVID-19 dərmanını bir qutusu 2,980 yuana (427 dollar) müsbət nəticə verən xəstələrə satmağa başlayıb.

Çinin Milli Tibbi Dərman İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.

Laboratoriya tədqiqatlarında həbin COVID-19-un “Omicron” variantına qarşı da təsirli olduğu müəyyən edilib.

22 dekabr 2021-ci ildə ABŞ Dərman və Qida İdarəsi “Paxlovid”in ağır xəstəlik riski olan 12 yaş və daha yuxarı xəstələrdə təcili istifadəyə icazə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az