Qəzada yaralanan müəllimlərin vəziyyəti AÇIQLANDI

18:01 - 14 Dekabr 2022

Qəzada yaralanan müəllimlərin vəziyyəti AÇIQLANDI

Bakı-Quba yolunda ötən gün baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

 

Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə,TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) dekabrın 13-ü ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə dekabrın 13-də əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti stabildir.

Qeyd edək ki, qəza hadisəsi ötən gün səhər saatlarında baş verib. Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Nəticədə Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az