Günümüzün çox hissəsini işlədiyimiz yerlərdə keçiririk. Ömrümüzün az qala yarısını keçirdiyimiz iş yerlərimizdə bəzən heç yaşamaq istəmədiyimiz hadislələrlə rastlaşırıq. Şübhəsiz ki, psixoloji təzyiq işimizi sağlam şəkildə həyata keçirmək üçün qarşımızda duran ən böyük maneədir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir işəgötürənlər və ya həmkarlar tərəfindən psixoloji zorakılığa məruz qala bilirik.
Son zamanlar sosiologiya və hüquq başda olmaqla müxtəlif sahələrdə fənlərarası bir mövzuya çevrilən mobbinq bəzən açıq, bəzən də gizli məruz qaldığımız bir zorakılıqdır.
Bəs mobbinqin cəzası nədir? Mobbingə məruz qalan şəxs hansı yolu tutmalıdır?
Əgər işçi işəgötürən tərəfindən zorakılığa məruz qaldığını başa düşsə, qanuni tədbirlər görməlidir.
Məsələn, üzünə ucadan danışmaq, işçini təcrid etmək, psixoloji təzyiq göstərmək, şəxsi həyata müdaxilə etmək, görülən işi bəyənməmək və başqa işlərə vermək kimi bir çox mənfi davranışlar mobbinq hesab edilir. Ancaq bu vəziyyətlərin mobbing kimi qiymətləndirilməsi üçün bu davranışların nizamlı olaraq davam etməsi şərti var.
İşəgötürənin, menecerin və ya idarə heyətinin bilavasitə törətdiyi mobbing əməlləri ilə əlaqədar başqa cinayət törədilməyibsə və ya digər şərti və ya ağırlaşdırıcı nəticələr yaranmayıbsa, o, Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən 4 aydan 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.