Kəlbəcərdə şirkətə məxsus yük avtomobili qaçırıldı

11:44 - 15 Dekabr 2022

Kəlbəcərdə şirkətə məxsus yük avtomobili qaçırıldı

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus HOWO markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. 

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az