Kahramanmaraşda 30 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, alınan məlumata görə, Onikisubat rayonundakı Çiçək orta məktəbi və Andırın rayonundakı Çiçək ibtidai məktəbində keçirilən “məişət əşyaları” tədbirində evdən gətirilən tort və xəmirləri yeyən şagirdlərdən bəziləri xəstələnib.
Xəbərdarlıq üzərinə məktəblərə göndərilən 112 Təcili Tibbi Yardım qrupu Çiçək orta məktəbindən 14, Çiçək ibtidai məktəbindən isə 16 şagirdi şəhərin müxtəlif xəstəxanalarına aparıb.
Şagirdlərin ümumi sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib