Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq

22:44 - 15 Dekabr 2022

Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq

Bugün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

 

Manset.az xəbər verir ki, bu haqda “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib. Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə “Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az