“Qızıl mədənlərinin talanmasında o, Vardanyanla əlbirdir” - Volkova qarşı SƏRT İTTİHAM

17:50 - 16 Dekabr 2022

“Qızıl mədənlərinin talanmasında o, Vardanyanla əlbirdir” - Volkova qarşı SƏRT İTTİHAM

“Separatçı Ruben Vardanyan və ona təhlükəsizlik təminatı verən sülhməramlıların komandanı, general-mayor Andrey Volkov barəsində Azərbaycan Prokurorluğu cinayət işi açmalıdır”.
 

Manset.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Laçın-Xankəndi yolunda cərəyan edən proseslərlə bağlı danışarkən deyib:  


“Ruben Vardanyan kimdir ki, qızıl yataqlarının istismarı ilə bağlı əmr versin. Bu məsələ həll olunandan sonra, təcili qaydada separatçı Ruben Vardanyan və ona təhlükəsizlik təminatı verən sülhməramlıların komandanı, general-mayor Andrey Volkov barəsində Azərbaycan Prokurorluğu cinayət işi açmalıdır. Çünki bu oğurluq işidir və bu iki nəfər əlbirdirlər. Azərbaycan dövlətinin varidatının, sərvətinin mənimsənilməsi cinayət tərkibidir. Ona görə də həmin iki şəxs barəsində dərhal cinayət işi açılmalı və həbsləri barədə qərar verilməlidir”.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az