Azərbaycanın bu rayonu işıqsız qalıb - RƏSMİ AÇIQLAMA

21:26 - 16 Dekabr 2022

Azərbaycanın bu rayonu işıqsız qalıb - RƏSMİ AÇIQLAMA

Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyəti sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kilovoltluq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az