Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat etdi

09:13 - 17 Dekabr 2022

Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat etdi

Salyan rayonunda sabiq vəzifəli şəxs dünyasını dəyişib.

Manset.az Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Fərzəliyev Ağahüseyn Qulam oğlu 66 yaşında qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, A. Fərzəliyev 1956-cı ildə Salyan rayonunun Noxudlu kəndində doğulub. Müxtəlif sahələrdə çalışan A. Fərzəliyev rayonda vergilər idarəsinin, sonra Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifələrində işləyib.

Ötən il yaş həddinə görə pensiyaya çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az