"Mən sənə qəlbimdə yer saxlamışam" adlı kitabının təqdimatı keçirildi - FOTOLAR

17:30 - 17 Dekabr 2022

\"Mən sənə qəlbimdə yer saxlamışam\" adlı kitabının təqdimatı keçirildi - FOTOLAR

Sumqayıt şəhərində, Poeziya Evində ziyalıların, şairlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tanınmış şair Zahir Abbasın "Mən sənə qəlbimdə yer saxlamışam" adlı növbəti kitabının təqdimatı və imza günü keçirilib.

 

Manset.az xəbər verir ki, bundan əvvəl şairin "Xəbər gətir" (2000), "Unuda bilmədim" (2002), "Sənsiz yaman darıxmışam"(2005),  "Yuxuma gəl"(2007), "Mən nədən sevmədim vaxtında səni"(2009), "Vətən"(2009), "Sən gəlməz oldun"(2012),  "Ömürlük sevgi yaram"(2014), "Gizli dünyam" (2018) şeirlər kitabları  oxucuların stolüstü kitabına çevrilib.

 Əminik ki, sözügedən kitab da əvvəlki kitablar kimi geniş oxucu kütləsinin marağına səbəb olacaq. Redaksiya heyəti adından şairi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az