16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: Yarışdan bir gün öncə... - VİDEO

14:27 - 18 Dekabr 2022

16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: Yarışdan bir gün öncə... - VİDEO

Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb

 

Manset.az xəbər verir ki, Gülsüm Rüstəmova MTV-yə açıqlamasında mərhum qardaşının çox mehriban və gülərüz olduğunu və onunla xoş günlər keçirdiyini dilə gətirib.

Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov ötən ay Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qətl törətməkdə şübhəli bilinir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az