Ucarda 16 yaşlı qızın 2 dəfə toyu olub - YENİLƏNİB + VİDEO

22:14 - 19 Dekabr 2022

Ucarda 16 yaşlı qızın 2 dəfə toyu olub - YENİLƏNİB + VİDEO

Ucarda yetkinlik yaşına çatmayan qızın evləndirilməsinin təfərrüatı məlum olub.

Manset.az baku tv-yə istinadən xəbər verir ki, dekabrın 17-də rayonun Qaracallı kəndində toy şənliyi təşkil edilən kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Bəyin qardaşı Nazir Lətifovun sözlərinə görə, cütülüyün bir həftə əvvəl qız toyu olub:

“Hər iki tərəfin razılığı olub. Qız hazırda 17 yaşın içindədir”.

Daha ətraflı süjetdə:

***

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Manset.az Report-a istinadla xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az