Naxçıvana uçuşlar yenə təxirə salındı

17:50 - 19 Dekabr 2022

Naxçıvana uçuşlar yenə təxirə salındı

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gün, dekabrın 19-da aviaşirkətin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.

 

Manset.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilir ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək. 

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az