Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

13:54 - 20 Dekabr 2022

Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019- cu il təvəllüdlü Fərrux Fərruxlu yad cism udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az