Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Manset.az report-a istinadən xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb.
Namizədlər oyunçuların il ərzindəki göstəricilərinə əsasən seçilib. Qətərdə keçirilən dünya çempionatı da nəzərə alınıb. Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.
İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır:
|
Futbolçu |
Ölkəsi |
Klubu |
|
Kilian Mbappe |
Fransa |
PSJ |
|
Antuan Qrizmann |
Fransa |
“Atletiko” |
|
Olivye Jiru |
Fransa |
“Milan” |
|
Kərim Benzema |
Fransa |
“Real” |
|
Luka Modriç |
Xorvatiya |
“Real” |
|
Marselo Brozoviç |
Xorvatiya |
“İnter” |
|
Fil Foden |
İngiltərə |
“Mançester Siti” |
|
Harri Keyn |
İngiltərə |
“Tottenhem” |
|
Bruno Fernandeş |
Portuqaliya |
“Mançester Yunayted” |
|
Kevin De Bruyne |
Belçika |
“Mançester Siti” |
|
Robert Levandovski |
Polşa |
“Bavariya”/“Barselona” |
|
Erlinq Haaland |
Norveç |
“Borussiya” Dortmund/“Mançester Siti” |
|
Lionel Messi |
Argentina |
PSJ |
|
Vinisyus Junior |
Braziliya |
“Real” |
|
Alfonso Deyvis |
Kanada |
“Bavariya” |
|
Əşrəf Hakimi |
Mərakeş |
PSJ |
|
Nordin Amrabat |
Mərakeş |
“Fiorentina” |
|
Sadio Mane |
Seneqal |
“Liverpul”/“Bavariya” |
|
Məhəmməd Salah |
Misir |
“Liverpul” |
|
Son Hın-Min |
Cənubi Koreya |
“Tottenhem” |
Qeyd edək ki, 2021-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski seçilib.