Bakıda küçəyə atılan üç aylıq körpənin yerləşdirildiyi sığınacağın rəhbəri açıqlama verib.
Manset.az baku tv-yə istinadən xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, körpəni atan ananın çətin vəziyyətdə olduğunun ehtimal edildiyini qeyd edib:
“Aldığım məlumata görə, ana özünün və körpənin sənədlərini uşağın yanına qoyaraq gedib”.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti məlum olub.
Daha ətraflı süjetdə:
***
Bakıda küçədə 3 aylıq körpə tapılıb.
Manset.az xəbər verir ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdirilib.
Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.